“Qalatasaray” çempionluq şansını itirdi

Türkiyə Super Liqasında 31-ci tura start verilib. “Peyk.AZ” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Günün ilk matçında “Gə

“Qalatasaray” çempionluq şansını itirdi

Türkiyə Super Liqasında 31-ci tura start verilib.

“Peyk.AZ” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında “Gənclərbirliyi”  “Fənərbaxça”nı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Lider “Başakşəhər” isə doğma meydanda “Dənizlispor”a qalib gəlib - 2:0. İstanbul təmsilçisi bu qələbə sayəsində 4-cü pillədəki “Qalatasaray”la xal fərqini 14-ə çatdırıb. Bununla da “Qalatasaray” sona 4 tur qarlmış çempionluq şansını itirib.

Türkiyə Super Liqası 31 tur 7 iyul “Gənclərbirliyi” – “Fənərbaxça” – 1:1 Stanku, 60 – Bəlözoğlu, 81

“Başakşəhər” - “Dənizlispor” – 2:0 Krivelli, 65, Viska, 78 (pen.)