Qara qutu İranda qalacaq – Rəcəbi

Tehran yaxınlığında vurulan Ukraynaya məxsus “Boinq-737” sərnişin təyyarəsinin qara qutusu İranda qalacaq və burada oxunacaq.

Qara qutu İranda qalacaq – Rəcəbi
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu iranlı deputat Fərəcullah Rəcəbi deyib.

Onun sözlərinə görə, qara qutudakı məlumatların öyrənilməsilə İranın Yollar və Şəhər inkişafı Nazirliyi məşğul olacaq.

Xatırladaq ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boinq-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.