Qarabağ hücumçusu ilə yollarını ayırdı- RƏSMİ

"Qarabağ" Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarını ayırıb.

Qarabağ hücumçusu ilə yollarını ayırdı- RƏSMİ

"Qarabağ" Azərbaycan Premyer Liqasındakı fasilə müddətində bir futbolçu ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən ;xəbər verir ki, hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. ;

Seneqal əsilli fransalı forvard ;"Qarabağ"a 2019-cu ilin yayında keçib. Həmin vaxt onunla 2 illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçu cari mövsüm ;28 oyuna 8 qol vurub.