“Qarabağ” qış çempionluğunu təmin etdi
Azərbaycan Premyer Liqasının qış çempionu bəlli olub.

Peyk.az xəbər verir ki, ölkə birinciliyində fasiləyə iki tur qalmış “Qarabağ” liderliyi təmin edib.
Bu gün başa çatan XII turda Qurban Qurbanovun komandası rəqib meydanında “Sumqayıt”a uduzsa da (1:2), onların ən yaxın izləyicisi “Keşlə” də məğlub olub.
Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda səfərdə “Zirə” ilə bacarmayıb - 1:3.
Bununla da fasiləyə iki tur qalmış aradakı 8 xallıq fərq dəyişməyib.
Hərçənd son turda “Qəbələ”yə qalib gələn (4:1) və “Keşlə”dən ikinciliyi alan “Neftçi”nin “Qarabağ”a çatmaq imkanı olsa da, şəxsi oyunlardakı (2:0, 0:0) üstünlük ağdamlıların ili birinci pillədə başa vuracağını dəqiqləşdirir.
Maraqlıdır ki, bu, “Qarabağ”ın tarixində 7-ci qış çempionluğudu.
Rekord isə “Neftçi”yə məxsusdu. Bakılılar 8 dəfə yeni ili lider kimi qarşılayıb.