"Qarabağ" “Sevilya”ya ilə bacarmadı

https://peyk.az

UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarına start verilib.

Metbuat.az xəbər verir ki, A qrupunda ölkəmizi təmsil edən “Qarabağ” komandası İspaniyanın “Sevilya” klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü ukraynalı hakimlər briqadası idarə edib.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb.

62-ci dəqiqədə “Sevilya”nın futbolçusu Çiçarito cərimə zərbəsindən hesabı açıb. Oyunun 78-ci dəqiqəsində qonaqlar yenidən fərqləniblər. Haddadi komandasının ikinci qoluna imza atıb. İspaniya La Liqasının hazırki lideri sayca üçüncü qolu “Qarabağ”ın qapısından keçirməyi bacarıb. Beləliklə, qarşılaşma ispanların 0:3 hesablı üstünlüyü ilə yekunlaşıb.