Qarabağa gedən türk jurnalist məhkəməyə verildi – Şok səbəb

Qarabağa gedən türk jurnalist məhkəməyə verildi – Şok səbəb
https://www.peyk.az

Bir televiziya proqramında “qatil dövlət” ittihamı ilə diqqət çəkən türk teleaparıcı Nagehan Alçı barəsində cinayət işi açıla bilər.

Teleqraf.com xəbər verir ki, məşhur aparıcının televiziya proqramında səsləndirdiyi fikirlər ertiraza səbəb olub.
Nagehan Alçı canlı yayımda Türkiyəni “qatil dövlət” adlandırıb.

Etiraz yaradan bu çıxışdan sonra Nagehan Alçı haqqında Sərdar Aydın adlı bir Türkiyə vətəndaşı prokurorluğa gedərək, onun barəsində cinayət işinin açılmasını istəyib.

Vətəndaşın tələbindən sonra məsələnin araşdırılacağı bildirilib.

Əlavə edək ki, Nagehan Alçı ötən illərdə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edərək diqqət çəkmişdi.