Home İdman “Qarabağ”ın rəqibinin oyunun yeri dəyişdirildi – Hərbi vəziyyətə görə

“Qarabağ”ın rəqibinin oyunun yeri dəyişdirildi – Hərbi vəziyyətə görə

121
0

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vorskla”nın ev oyununun yeri dəyişdirilib.

Peyk.az UEFA-dan verilən açıqlamaya istinadən xəbər verir ki, Ukraynanın bəzi bölgələrində hərbi vəziyyətin elan edilməsiylə bağlı Poltava təmsilçisinin İngiltərənin “Arsenal” klubu ilə keçirəcəyi ev oyunu Kiyevdə baş tutacaq. Açıqlamada bildirilir ki, 29 noyabrda Poltavanın “Oleksiy Butovsky” stadionunda keçirilməsi planlaşdırılan oyunun yeri təhlükəsizlik səbəbiylə dəyişdirilib. Matç Kiyevin “Olimpiya” stadionunda baş tutacaq.

“Qarabağ” Avropa Liqasının E qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” ilə birgə mübarizə aparır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here