Qaradağda qəza nəticəsində qadın vəfat etdi, həyat yoldaşı xəstəxanalıq oldu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Qaradağ rayonu, Səngəçal qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1947-ci il təvəllüdlü Qurbanov Yəhya Məmməd oğlu ağır bədən xəsarətləri alıb, onun həyat...

Qaradağda qəza nəticəsində qadın vəfat etdi, həyat yoldaşı xəstəxanalıq oldu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Qaradağ rayonu, Səngəçal qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1947-ci il təvəllüdlü Qurbanov Yəhya Məmməd oğlu ağır bədən xəsarətləri alıb, onun həyat yoldaşı isə hadisə yerində vəfat edib. Y.Qurbanov təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.