Qaradərili super qəhrəman “Batwoman”ın yeni görüntüsü təqdim edilib - FOTO

CW kanalı qaradərili super qəhrəman “Batwoman”ın yeni görüntüsünü təqdim edib. Bu barədə “Hollywood Reporter” xəbər yayıb. Məlumata görə, serialın davamında rol alacaq aktrisa Cavisiya Lesli “Instagram” hesabında super qəhrəman kostyumunu nümayiş etdirib. Qəhrəman qadın qara və qırmızı rəngli dar kostyumda...

Qaradərili super qəhrəman “Batwoman”ın yeni görüntüsü təqdim edilib - FOTO

CW kanalı qaradərili super qəhrəman “Batwoman”ın yeni görüntüsünü təqdim edib.

Bu barədə “Hollywood Reporter” xəbər yayıb.

Məlumata görə, serialın davamında rol alacaq aktrisa Cavisiya Lesli “Instagram” hesabında super qəhrəman kostyumunu nümayiş etdirib.

Qəhrəman qadın qara və qırmızı rəngli dar kostyumda və üzünün yuxarı hissəsini əhatə edən maskada təsvir edilib. “Yarasa qadın” plaşdadır, saçları isə “afro” stilindədir.

Blackwoman, I mean Batwoman is here! ???? : : The new re-designed Batsuit for Ryan Wilder. The Batsuit was conceptualized by Batwoman costume designer Maya Mani and created by Ocean Drive Leather, the wig created by Janice Workman and Takisha Sturdivant, and makeup styled by Cory Roberts. Shot by @ninomunoz

Публикация от Javicia Leslie (@javicia) 26 Окт 2020 в 12:06 PDT

“Tamaşaçıların bir siluetdən Betvumenin qaradərili qız olduğunu tanıması mənim üçün çox vacib idi. Dar kostyum və gözəl “afro” ilə biz bunu bacardıq!” – deyə Lesli bildirib.

Serial “Warner Bros. Television” tərəfindən “The CW Television Network” ilə birlikdə istehsal olunur.

Serialın ilk hissəsi 2019-cu ilin oktyabrında nümayiş olunub.