Home Kriminal Qardaş bacısının başını kəsdi – Cəsədi isə atasının köməkliyi ilə basdırdı

Qardaş bacısının başını kəsdi – Cəsədi isə atasının köməkliyi ilə basdırdı

200
0

Tacikistanda bir oğlan 17 yaşlı yaşlı bacısı Orzugül Aşurkulovanın başını kəsib, cəsədi isə atası ilə birgə basdırıb.

PEYK.Az aznews.az-a istinadən xəbər verir ki, hadisə ölkənin şimalında İstaravşan şəhərinin yaxınlığında yerləşən Uyas kəndində baş verib.

Akhbor.com nəşri hadisənin təfərrüatını daxili işlər nazirliyinin Soqdiysk vilayət idarəsindən alıb.

Deyilir ki, dekabrın 11-də yerli vaxtla saat 15.30 radələrində Uyas kəndinin kənarında köhnə kanalın içərisində milis işçiləri başı kəsilmiş 16-17 yaşlı gənc qızın cəsədini tapıblar.

Araşdırma nəticəsində məlum olub ki, cəsəd həddi-buluğa çatmayan 2001-ci il doğumlu, 42 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Orzugül Aşurkulovaya məxsusdur.

Orzugülün oktyabr ayının sonlarından itkin düşdüyü bildirilir.

İstintaq nəticəsində aydın olub ki, qız doğma qardaşı tərəfindən öldürülüb. Milislər 1995-ci il doğumlu, milliyətcə özbək olan, işsiz, subay Tolibcon Aşurkulovu qızın ölümündə təqsirli bilərək həbs ediblər.

O, bacısını qısqanclıq zəminində öldürdüyünü deyib. Tolibcan bacısını mal damına aparıb və başına torpa keçirərək boğub. Bir saatdan sonra qayıdaraq qızın başını kəsib və otkəsən maşının altında gizlədib.

Qızının ölümündən xəbər tutan ata – 1968-ci il doğumlu Bahodur Aşurkulov cinayəti gizlətmək məqsədi ilə cəsədi oğlu ilə birgə apararaq su gəlməyən köhnə kanalda basdırıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here