Qarpız və yemişi yeməkdən dərhal sonra

Yayda yeməkdən sonra masaya adətən qarpız və yemiş verilir. Lakin diyetoloqlar bunu düzgün hesab etmirlər.

Qarpız və yemişi yeməkdən dərhal sonra

Yayda yeməkdən sonra masaya adətən qarpız və yemiş verilir. Lakin diyetoloqlar bunu düzgün hesab etmirlər.

Belə ki, yeməkdən dərhal sonra yeyildikdə yemiş və qarpız mədədə ağırlıq və ağrılara səbəb olur, qıcqırma yaradır, həzm proseslərinə mane olur.

Peyk.az bildirir ki, diyetoloqlar digər meyvə və giləmeyvələr kimi yemiş-qarpızı da yeməkdən 1-1,5 saat saat sonra yeməyi tövsiyə edirlər.

Həmçinin nəzərə almaq lazımdır ki, yemiş və qarpızı acqarına da yemək olmaz.

Mütəxəssislər yemiş və qarpızı istənilən digər məhsullardan (o cümlədən, çörək, pendir və s.-dən) ayrı yeməyi tövsiyə edirlər.Peyk.Az

Peyk.Az