“Qarşımda belə danışmırdın, nə oldu?” – Ərdoğandan Makrona

“NATO-nun sonuncu zirvəsində islam terrorundan danışdı. Özünə neçə dəfə demişəm ki, İslam sülh deməkdir. Siz “islam terroru” ifadəsi ilə sülh ifadəsini necə eyni anda hallandırısınız?”

“Qarşımda belə danışmırdın, nə oldu?” – Ərdoğandan Makrona
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronun çıxışına cavabında bildirib.

Ərdoğan Fransa prezidentini cəsarətsizlikdə ittiham edib:

“Qarşımıza çıxanda susurdu, amma NATO bir yerə toplananda yenə həmin fikirləri təkrarladı. İndi nə oldu? “Sarı jiletlilər” Parisin küçələrinə çıxıb, dayandır, biz də görək. Niyə dayandıra bilmirsən?”