Qasım Süleymani ilə vida mərasimi başladı

İranın Əhvaz şəhərində ABŞ hərbi qüvvələrinin öldürdüyü İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) "Əl Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani ilə vida mərasimi başlayıb.

Qasım Süleymani ilə vida mərasimi başladı
https://peyk.az

Peyk.az İSNA-ya istinadən xəbər verir ki, artıq generalın cənazəsi İrana gətirilib. Onunla vida mərasimi daha sonra Məşhəd şəhərində, sabah isə paytaxt Tehranda keçiriləcək.

Yanvarın 7-də isə general doğulduğu Kirman əyalətində dəfn ediləcək.