Qattuzo rəsmən "Napoli"də

"Napoli"nin yeni baş məşqçisi müəyyənləşib.

Qattuzo rəsmən
https://peyk.az

Peyk.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, Karlo Ançelottinin istefaya göndərilməsindən sonra bu vəzifəyə Cennaro Qattuzo təyin edilib. Müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, C.Qattuzonun son klubu "Milan" olub. O, ötən mövsümün sonuna yaxın İtaliya təmsilçisində istefa vermişdi.