Qayınatasının evində arvadını qətlə yetirdi

Qayınatasının evində arvadını qətlə yetirdi
https://www.peyk.az

Türkiyənin Adana şəhərində 1 uşaq anası olan Melike Demirci nikahsız yaşadığı əri tərəfindən qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, 15 yaşında olarkən özündən 6 yaş böyük Sezer Ç. ilə evlənən Melike son illər davamlı şiddətə məruz qaldığı üçün ayrılmaq qərarına gəlib. O, 3 yaşlı qızını da götürərək atasının evinə gəlib. Amma həyat yoldaşı onu rahat buraxmayıb.

Qayınatasının evinə gələn Sezer burada xanımı ilə mübahisə edib. Mübahisə zamanı cani ər Melikeni bıçaqlayıb. Gənc ana xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.