Qazandığı 5 mükafatdan çox maskaları gündəm oldu

Dünyaca məşhur müğənni Ledi Qaqa doqquz nominasiyaya namizəd olduğu “MTV- 2020”də 5 mükafatı birdən qazanıb.  “Peyk.AZ” xəbər verir ki, 2013-cü

Qazandığı 5 mükafatdan çox maskaları gündəm oldu

Dünyaca məşhur müğənni Ledi Qaqa doqquz nominasiyaya namizəd olduğu “MTV- 2020”də 5 mükafatı birdən qazanıb. 

“Peyk.AZ” xəbər verir ki, 2013-cü ildən bu yana ilk dəfə tədbirdə çıxış edən sənətçi bir-birindən fərqli geyimləri ilə diqqət çəkib. 

34 yaşlı ifaçının “look”unun ən vacib hissəsi maskalar olub.  Qaqa gecə üçün çəhrayı,gümüşü, buynuzlu ,xüsusi işıq effektli maskalar hazırlatdırıb. 

Qərb KİV-i sənətçi barədə “Əsl qazanan Ledi Qaqanın maskaları oldu” başlıqlı məqalələr dərc edib.