Qazaxda kanala düşən kişinin meyiti Ağstafada tapılıb

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, su kanalında tapılan meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb.

Qazaxda kanala düşən kişinin meyiti Ağstafada tapılıb

Hazırda mərhumun şəxsiyyətinin müəyyən olunması istiqamətində işlər görülür.

İlkin məlumata görə, Qazax rayon ərazisində 60 yaşında olan kişi ehtiyatsızlıqdan su kanalına düşərək boğulub. Onun meyiti su kanalının Ağstafa rayon Dağ Kəsəmən kənd ərazisindən keçən hissəsində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Ölkə.Az