Qazaxda narkotik satan və alan şəxslər tutuldu

Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Birinci Şıxlı kəndi ərazisində...

Qazaxda narkotik satan və alan şəxslər tutuldu

Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Birinci Şıxlı kəndi ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 42 yaşlı Gürcüstan vətəndaşı Rizvan Akhmedov saxlanılıb.

Əməliyyat zamanı həmçinin 45 yaşlı Arif Şəmilov və 39 yaşlı Elvin Xasməmmədov da saxlanılıb.

Üzərilərinə baxış keçirilən zaman Rizvan Akhmedova məxsus sellofan torbadan çəkisi 1 kiloqram 5 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar olunub. 

Aparılan araşdırmalarla müəyyən olunub ki, R.Akhmedov E.Xasməmmədova məxsus avtomobillə narkotik vasitəni A.Şəmilova satmaq üçün gətirib.

Faktla bağlı araşdırmalar aparılır.