Qazaxıstan 2 iclasa ev sahibliyi edib - VİDEO

Beynəlxalq hakimlər və məhkəmə idarəçiliyi assosiasiyasının iclası keçirilib

Qazaxıstanın Nur-Sultan şəhərində beynəlxalq hakimlər assosiasiyasinin 62-ci və beynəlxalq məhkəmə idarəçiliyi assosiasiyasının 14-cü plenar iclası keçirilib.

REAL xəbər verir ki, iclasda üzv dövlətlərdə məhkəmə və hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyi mövzulari ətrafinda geniş müzakirələr aparilib və müxtəlif dövlətlərin məruzələri dinlənilib.

Avropa Şurası ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanov çıxışında "elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən, bu sahədə beynəlxalq təcrübədən danışıb.

Daha sonra "Qlobal tendensiyalar və müsbət təcrübələr" adlı Beynəlxalq Ədliyyə Forumunda məhkəmə sisteminin təşkil olunmasi və idarə edilməsi, ədliyyəyə olan qlobal təhdidlər və onlarin həlli yollarI ətrafında geniş müzakirələr aparılıb.