Qazaxıstan Çinə neft ixracını dayandırdı

Qazaxıstan neftinin Çinə ixracı neftin keyfiyyətini yoxlama zamanı orqanoxlor birləşmələrinin normadan çox olması səbəbi ilə dayandırılıb.

Qazaxıstan Çinə neft ixracını dayandırdı
https://peyk.az

Peyk.az-ın Rusiyanın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstanın Çinə neft ixracının bərpa edilməsi, Qazaxıstan-Çin birgə müəssisəsi olan “CNPC-Aktobemunayqaz”dan göndərilən neftin keyfiyyəti ilə bağlı məsələlərin həll olunmasından sonra gözlənilir.

Qeyd edək ki, ixrac planı 34,6 min ton idi. İndiki azalma isə 30,9 min ton təşkil edib.