Qazaxıstanda səkkiz yaşlı uşaq prezidentə müraciət etdi: “Olar küçəyə çıxım?” - VİDEO

Qazaxıstandan olan səkkiz yaşlı uşaq ölkə Prezidenti Kasım-Jomart Tokayevə müraciət edərək, küçəyə çıxmaq üçün icazə istəyib. Bunu əks etdirən kadrlar RT-də yayımlayıb. Videoda üzü divana əyləşən uşaq atasından israrla gəzməyə getmək üçün izn istəyir. Ancaq atası karantin, koronavirus, cərimə barədə...

Qazaxıstanda səkkiz yaşlı uşaq prezidentə müraciət etdi: “Olar küçəyə çıxım?” - VİDEO

Qazaxıstandan olan səkkiz yaşlı uşaq ölkə Prezidenti Kasım-Jomart Tokayevə müraciət edərək, küçəyə çıxmaq üçün icazə istəyib.

Bunu əks etdirən kadrlar RT-də yayımlayıb.

Videoda üzü divana əyləşən uşaq atasından israrla gəzməyə getmək üçün izn istəyir. Ancaq atası karantin, koronavirus, cərimə barədə xəbərdarlıqları sadalayır. Ağlamsınan uşaq prezidentdən gəzməyə getmək üçün icazə istəyir.

Son məlumatlara görə, Qazaxıstanda 2 982 nəfər koronavirusa yoluxub, onlardan 25-i ölüb, 725-i isə sağalıb.