Qazaxıstanın müdafiə naziri Azərbaycana gəlir

Qazaxıstanın müdafiə naziri Azərbaycana gəlir

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Azərbaycanın Müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşüb.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı tərəflər hərbi-texniki sahədə əməkdaşlığın inkişafı ilə bağlı yüksək səviyyədə əldə olunan razılaşmanın həyata keçirilməsi məsələsini müzakirə ediblər.

Qazaxıstanın Müdafiə naziri Nurlan Yermekbayevin oktyabrın 29-da Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcəyi bildirilib.