Qəbələdə uşaq və heyvan sürüsü bataqlıqda qalıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadis

Qəbələdə uşaq və heyvan sürüsü bataqlıqda qalıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. ;

FHN-dən "Report"a bildirilib ki, ;Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.