Qəfildən pandemiya düşdü, bütün dünya Çin oldu...

Azərbaycanın istedadlı şairi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs koronavirus pandemiyasına daha bir şeir həsr edib. O, həmin şeirini “Qafqazi

Qəfildən pandemiya düşdü, bütün dünya Çin oldu...

Azərbaycanın istedadlı şairi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs koronavirus pandemiyasına daha bir şeir həsr edib. O, həmin şeirini “Peyk.AZ”ya göndərib. 

Sözügedən şeiri oxuculara təqdim edirik: 

Sizə kimdən danışım –

tək qadından

gül ağzını açmırdı

dişlərinin ucbatından.

Çoxundan kəsdi,

azından kəsdi,

bir əliydi, bir boğazı

boğazından kəsdi,

dişlərini düzəltdirdı –

elə ki əlinə maya düşdü,

aylarla gördüyü röya çin oldu,

qəfildən pandemiya düşdü

bütün dünya Çin oldu...

Dözmədi,

gül ağzını açıb çıxdı evdən –

bir o idi yer üzündə,

bir də taclı mələkdi!

Baxışdılar,

ikisi də qəh-qəhə çəkdi...