"Qırmızı Kitab"a salınmış nadir quş Lənkəranda tapıldı

"Qırmızı Kitab"a salınmış nadir quş Lənkəranda tapıldı

Lənkəranın şəhər sakini Elvin Quluzadə axşam saatlarında dəniz kənarında gəzərkən səmada 20-yə yaxın qarğanın bir quşu qovduğunu görüb. Bir necə dəqiqə göydə uçan quş qarğalar tərəfindən vurulub və yaralanaraq yerə düşüb.
Peyk.az xezerxeber.az-a istinadən xəbər verir ki, Elvin Quluzadə dərhal quşun düşdüyü əraziyə tərəf gedib və hələ də qarğaların hücumuna məruz qalan quşu onları qovmaqla xilas edib.

Elvin Quluzadə quşun ayağında üç möhürlənmiş nömrəli yarlıq gördüyü üçün dərhal aidiyyatı yerlərə quşla bağlı məlumat verib. Quşu təhvil almaq üçün Qızılağac Milli Parkının əməkdaşları ilə yanaşı Ekalogiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları da dəvət olunub. Onlar quşa baxış keçirdikdən sonra müəyyən edilib ki, bu quş adı dünyanın, o cümlədən də Azərbaycan Qırmızı Kitabına düşmüş nadir quşlardan hesab edilən Dovdaq quşudur.

Dovdaq quşu ərazidən ekoloq Abbas Abbasov tərəfindən götürülüb və müayinə edilməkdən ötrü Qızılağac Milli Parkına aparılıb.
Qeyd edək ki, qış aylarında qışlama üçün ölkə ərazisində olan su hövzələrinə köç edən nadir Dovdaq quşularının əsas məskəni Qazaxıstan Respublikası sayılır.