Home İdman Qırmızı vərəqə alan futbolçu geri çağırıldı və oyuna davam etdi

Qırmızı vərəqə alan futbolçu geri çağırıldı və oyuna davam etdi

171
0

Fransa Liqasının XVI turunda “Bordo” – “Sent-Etyen” qarşılaşmasında maraqlı anlar yaşanıb.

PEYK.AZ oxu.aza istinadən xəbər verir ki, görüşün 75-ci dəqiqəsində “Bordo”nun oyunçusu Yunus Sankare birbaşa qırmızı vərəqə alıb.

Oyunçu sahəni tərk edib soyunma otağına getsə də, VAR sistemi zamanı onun etdiyi kobudluğun birbaşa qırmızı vərəqəyə səbəb olmadığı müəyyənləşib. Bu üzdən o geri çağrılıb və cəzası dəyişdirilib. Oyunun hakimi Klement Turpinona sarı vərəqə verildiyini bildirib və yenidən meydana buraxıb.

Qeyd edək ki, oyun “Bordo”nun 3:2 hesablı qələbəsi ilə nəticələnib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here