Qışda işıqlar sönəcək?- Rəsmi açıqlama

Qışda işıqlar sönəcək?- Rəsmi açıqlama

Qışda işıqlar sönəcək?- Rəsmi açıqlama

Bir sıra qurumlar qış hazırlıqlarını edib. Bəs, qışda elektrik enerjisinin verilişinin fasiləsiz olması ilə bağlı "Azərişıq"-da hazırlıqlar aparılırmı?
Peyk.az sonxeber.aza istinadən xəbər verir ki, Bu barədə "Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlama verib. O, açıqlamasında qurumun fəaliyyətində mövsümlərin nəzərə alınmadığını bildirib:
"Əsas missiyamız 24 saat istehlakçıları dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təhciz etməkdir. Bakıda, şəhərətrafı qəsəbələrdə, bütün rayonlarda yenidənqurma işləri, əsaslı təmir-tikinti işləri aparılıb. 5-10 il əvvəl payız-qış mövsümünə hazırlıq vardı. Artıq 24 saat istehlakçılar fasiləsiz işıqla təmin edilir. Bununla əlaqədar olaraq tədbirlər planımız var. Əvvəllər qışa görə narahat olunurdu. İndi isə elə yerlər var ki, yayda qışdan daha çox işıq sərfiyyatı olur. "Azərişıq"ın regionlarda apardığı yenidənqurma işləri bütün istehlakçıların vaxtı-vaxtında davamlı və keyfiyyətli enerji ilə təmin olunması üçündür. Bu işlər də mütəmadi olaraq davam etdirilir. Elə bir region yoxdur ki, orada yenidənqurma işləri aparılmasın.Ötən ilin qış aylarında hansı ərazilərdə ki, problemlər var idi hamısı aradan qaldırılıb".
Lamiyə Məmmədova