Qışda qəbul edilməsi mütləq sayılan VİTAMİNLƏR

Qışda qəbul edilməsi mütləq sayılan vitaminlər var.

Qışda qəbul edilməsi mütləq sayılan VİTAMİNLƏR
https://peyk.az

Peyk.az xəbər verir ki, rusiyalı tibb elmləri doktoru Valeri Sergeyev "RT" kanalına açıqlamasında qışda istifadəsi vacib sayılan vitaminlərdən danışıb.

Mütəxəssis vitamin kursunu 1 ay davam etdirməyi məsləhət görür. Onun sözlərinə görə, ilk növbədə B qrup vitaminlərə diqqət yetirmək lazımdır:

"Onlar protein və enerji mübadiləsinin tənzimlənməsində əsas rol oynayır. Eyni zamanda beynin normal işləməsini təmin etmək üçün bədənin kifayət qədər miqdarda maqnezium, manqan, kalium, sink alması və A, C, E vitaminləri ilə zəngin olmasının vacibliyinə diqqət yetirmək lazımdır. Tərkibindəki vitamin və mineralları qorumaq üçün ət, tərəvəz, göbələk, meyvə, giləmeyvələrə duz və turşu əlavə edin. Təəssüf ki, idxal olunan meyvə- tərəvəz bizə əksər vaxt minimum miqdarda vitaminlə çatdırılır".