Qısqanc qadın ərini belə izlədi - FOTO

Meksika sakini "Uber"də taksi sürücüsü işləyən ərini izləmək üçün maşının yük yerində oğlu ilə birlikdə gizlənirmiş.

Qısqanc qadın ərini belə izlədi - FOTO
https://peyk.az

Peyk.az oxu.az-a istinadən xəbər xəbər verib.

Bildirilir ki, qısqanc qadın ərini gecə növbələri zamanı izləyirmiş.

Məlumata görə, "Uber"in müştərisi Kris Astudilyo taksidə gedərkən sürücü yük yerindən qəribə səslər eşitməyə başlayıb. O, yük yerini açarkən arvadı və oğlunu görüb. Qadın acıqlanmağa və qışqırmağa başlayıb.

Astudilyo baş verənlərin şəklini çəkərək, "Facebook"da paylaşıb.

"Təsəvvür edin, "Uber"də gedirsiniz, sonra məlum olur ki, sürücünün arvadı ərini izləmək üçün maşıın yük yerində gizlənib", - deyə o, yazıb.

Sosial şəbəkə istifadəçiləri isə qadını kəskin tənqid edərək, uşağı heç düşünmədiyini deyiblər. İstifadəçilərdən biri isə onların boşanacağına və uşağın qadının əlindən alınacağına ümidvar olduğunu deyib.
Qısqanc qadın ərini belə izlədi - FOTO