Qısqanc ər iki övladının anasını öldürdü - FOTO

Türkiyənin İstanbul şəhərində kişi iki uşaq anası olan arvadını öldürüb. Sondakika.com xəbər verir ki, Ü.Ö. səkkiz il evli olduğu Bahar Ö. ilə qısqanclıq zəminində mübahisə edib. Həmin şəxs Bahar Ö.-nü yatandan sonra boğaraq öldürüb. O, hadisəni törətdikdən sonra bacanağına zəng vuraraq,...

Qısqanc ər iki övladının anasını öldürdü - FOTO

Türkiyənin İstanbul şəhərində kişi iki uşaq anası olan arvadını öldürüb.

Sondakika.com xəbər verir ki, Ü.Ö. səkkiz il evli olduğu Bahar Ö. ilə qısqanclıq zəminində mübahisə edib.

Həmin şəxs Bahar Ö.-nü yatandan sonra boğaraq öldürüb.

O, hadisəni törətdikdən sonra bacanağına zəng vuraraq, bu barədə məlumat verib. Sonuncu olanları polisə bildirib.

Hadisə yerinə gələn tibb işçiləri qadının öldüyünü təsdiqləyiblər. Cinayətkar özü polisə gedərək, təslim olub.