Qonşuda polislər bir-birini güllələdi: ölənlər var

Gürcüstanın Tsaqeri rayonunun Lacana kəndində atışma baş verib.

Qonşuda polislər bir-birini güllələdi: ölənlər var
https://peyk.az

Peyk.az xəbər verir ki, aralarında mübahisə düşən iki polis əməkdaşı bir-birinə atəş açıb.

Nəticədə hər ikisi aldığı güllə yaralarından ölüblər.

Polis əməkdaşlarını ayırmağa cəhd edən digər bir nəfər isə xəsarət alıb. O, xəstəxənaya aparılıb.

Şahidlərin sözlərinə görə, silahlı insidentdən öncə mübahisə baş verib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.