“Qoruyucu maskalardan istifadə virusa yoluxmaq riskini xeyli azaldır” - Ekspert

“Virusun yayılma ehtimalının daha böyük olduğu ictimai nəqliyyat vasitələrində maskalardan istifadə xüsusilə vacibdir”.

“Qoruyucu maskalardan istifadə virusa yoluxmaq riskini xeyli azaldır” - Ekspert

“Virusun yayılma ehtimalının daha böyük olduğu ictimai nəqliyyat vasitələrində maskalardan istifadə xüsusilə vacibdir”.

Bu sözləri Peyk.az-a açıqlamasında karantin rejimi şəraitində tibbi maskalardan istifadənin zəruriliyi haqda danışan ekspert Yasin Mustafayev deyib.

Yasin Mustafayeva qeyd edib ki, özünütəcrid qaydalarını gözləmək və tibbi maskalardan istifadə etmək virus təhlükəsinin daha tez aradan qalxmasına səbəb olar:

“Hər kəs öz üzərində məsuliyyət hiss edərək qaydalara qeyri-şərtsiz əməl etməlidir. Əməl etmədikcə yoluxma davam edəcək. İnsanlarımızın tətbiq olunan qaydalara riayət etməməsi virusa yoluxma sayında yenidən artımlara səbəb oldu. Bu səbəbdən də biz daha da məsuliyyətli olmalıyıq.

Burda ilk məsələ maskalardan istifadə etməkdir. Artıq qanunla da maskadan istifadə etməməyə görə cərimə tətbiq edilir. Nəzərə almalıyıq ki, bir nəfərin məsuliyyətsizliyi hamını əziyyətə salır.

Karantin qaydalarına riayət etməklə bağlı kütləvi informasiya vasitələrində ciddi maarifləndirmə getməlidir. Günün xüsusi saatlarında bununla bağlı sosial şəbəkələrdə yazılar, videoroliklər paylaşılmalıdır.

Yoluxanlar barədə, onların ailələri barədə reportajlar hazırlanmalıdır ki, insanlar daha çox təsirlənsinlər və daha məsuliyyətli olsunlar. Belə olduqda tibbi maska taxmaq və digər məsələlər avtobusa minən sərnişinin daha tez yadına düşər və onlar da buna riayət edərlər”.

Gülşən Şərif

www.peyk.az