Qretanın "ilin adamı" seçilməsi qərarı yersizdir - Tramp

ABŞ Prezidenti Donald Tramp 16 yaşlı eko-akitivist Qreta Tunberqin “İlin adamı” seçilməsi olayını gülünc adlandırıb.

Qretanın
https://peyk.az

Peyk.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Tvitter mikrobloqunda paylaşım edib.

“Sadəcə, yersizdir. Qreta qəzəbini idarə etmək problemi üzərində çalışmalıdır. Daha sonra dostu ilə xeyirxahlıq aşılayan əski filmə baxmalıdır”, - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, İsveçli gənc fəal, iqlim müdafiəçisi Qreta Tunberq ABŞ-ın “Tayms” dərgisi tərəfindən “İlin adamı - 2019” tituluna layiq görülüb.