Qriqorçuk “Astana”dan gedəcəkmi? – Açıqlama verdi

"Astana"nın baş məşqçisi Roman Qriqorçuk komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qriqorçuk “Astana”dan gedəcəkmi? – Açıqlama verdi
https://peyk.az

Peyk.az xəbər verir ki, ukraynalı mütəxəssis Qazaxıstan mətbuatına müsahibəsində klubla müqaviləsi olduğunu deyib: "Mövsümün sonunda "Astana" rəhbərliyi ilə danışdıq. Amma bu məsələ müzakirə olunmadı. Məndə başqa məlumat yoxdur".

2018-ci ilin iyunundan "Astana"nı çalışdıran Qriqorçukun klubla bu ilin yayına qədər müqaviləsi var. Son bir ildə Qriqorçukun Qazaxıstandan ayrılacağı haqda bir neçə dəfə məlumat yayılıb.