Qətər koronavirusla bağlı bəzi məhdudiyyətləri aradan qaldırır

Qətər 15 iyundan etibarən koronavirus ilə mübarizə çərçivəsində tətbiq olunan bəzi məhdudiyyətləri aradan qaldıracaq.

Qətər koronavirusla bağlı bəzi məhdudiyyətləri aradan qaldırır

Qətər 15 iyundan etibarən koronavirus ilə mübarizə çərçivəsində tətbiq olunan bəzi məhdudiyyətləri aradan qaldıracaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu mətbuat konfransında ölkənin Böhran Vəziyyətlərində İdarəetmə üzrə Ali Komitənin nümayəndəsi Lyulyu əl-Xatir bildirib.

Qətərdə koronavirusla əlaqədar məhdudiyyətlərin tədricən aradan qaldırılması dörd mərhələdə olacaq.

Birinci mərhələ bır sıra məscidlərin və özəl klinikaların 40 faizinin açılmasına icazə veriləcəyi 15 iyunda başlayacaq, ikincisi iyulun 1-də, üçüncüsü avqustun 1-də və sonuncu mərhələ 1 sentyabrda baş tutacaq.

Onun sözlərinə görə, avqustun 1-dən etibarən cümə namazı üçün 54 məscidin açılmasına icazə verilir, Qətərə ilk növbədə əmirlikdə yaşayan xarici vətəndaşların gəlməsinə icazə veriləcək. ;

Xaricdən Qətərə qayıdanların hamısı 14 günlük karantin rejiminə yerləşdiriləcəklər. Özəl tibb klinikaları bu mərhələdə 80 faizi fəaliyyət göstərəcək.

Qətər hökumətinin nümayəndəsi həmçinin bildirib ki, yalnız sentyabr ayından etibarən bütün məscidlərin açılmasına icazə veriləcək, kütləvi tədbirlər, sərgilər, konfranslar, əyləncə tədbirləri, teatrlar və kinoteatrlar açılacaq, özəl tibb müəssisələrinin tam işləməsinə icazə veriləcək. ;