Qubada leysan selə səbəb oldu - Fotolar+Video

Günün ikinci yarısından sonra başlayan güclü leysan yağışı Quba rayonunun Bostankeş kəndində selə səbəb olub. “Peyk.AZ” xəbər verir ki, təbii f

Qubada leysan selə səbəb oldu - Fotolar+Video

Günün ikinci yarısından sonra başlayan güclü leysan yağışı Quba rayonunun Bostankeş kəndində selə səbəb olub.

“Peyk.AZ” xəbər verir ki, təbii fəlakət nəticəsində kəndə giriş-çıxış bağlanıb. 3 saat davam edən sel Bostankeş kəndinin 5 sakininə ziyan vurub, evlərin hasarlarını aşırıb.

Sahələrdə əkilən kartof sahələrini və arı yeşiklərini də sel aparıb. Quba-Bostankeş yolu hazırda bağlıdır. Əraziyə texnika göndərilməsi gözlənilir. Yağış yağmağa davam edir.

Emin Gülağaoğlu