Qubada narkotik əkən şəxs yaxalandı - FOTO

Quba sakininin evində çətənə bitkisi və qurudulmuş marixuana aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası...

Qubada narkotik əkən şəxs yaxalandı - FOTO

Quba sakininin evində çətənə bitkisi və qurudulmuş marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən - əvvəllər məhkum olunmuş 61 yaşlı Telman Zeynalov yaşadığı evin yaxınlığında saxlanılıb.

T.Zeynalovun üzərinə keçirilmiş baxış zamanı ondan bir bükümdə çəkisi 2 qrama yaxın olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq götürülüb. 

Şöbə əməkdaşları tərəfindən T.Zeynalova məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan ümumi çəkisi 0.9 qram olan iki bükümdə, həyətyanı sahəsindən isə 400 qramdan çox olan qurudulmuş marixuana, həmçinin xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 36 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.