Quli İstanbulda "sxodka" keçirdi, ara qarışdı

Bir neçə müddətdir ki, kriminal aləm Yunanıstanda məskunlaşmış qanuni oğru Vaji (Vaja) Biqanişvili ilə Şota (Şotiko) Tevdoradze ilə münasibətlərini aydınlaşdırmağa çalışırdı.

Quli İstanbulda "sxodka" keçirdi, ara qarışdı
https://peyk.az

Bir neçə müddətdir ki, kriminal aləm Yunanıstanda məskunlaşmış qanuni oğru Vaji (Vaja) Biqanişvili ilə Şota (Şotiko) Tevdoradze ilə münasibətlərini aydınlaşdırmağa çalışırdı.

Bu məqsədlə Vaja Türkiyədə olan azərbaycanlı qanuni oğru Nadir Səlifova (Lotu Quli) müraciət edib. Vaja ilə konfliktdə olan Şotikonun daxil olduğu Kutaisi klanın "xaç atası" sayılan Merab Suxumski Qulinin bu məsələyə qarışmamasını istəyib. Amma Quli deyib ki, ona qanuni oğru kimi müraciət edilib və bunu rədd edə bilməz.

Peyk.az  - musavat com a istinadla məlumatına görə, bu səbəbdən İstanbulda 27 nüfuzlu qanuni oğrunun iştirakı ilə Qulinin məkanlarından birində "sxodka" keçirilib.

Bu konfliktin kökü 2015-ci ilə gedib çıxır. Şotiko Vajanın klanına daxil olan qanuni oğru Qeqi Modubadzeni döyüb. Bu isə Vajanın qəzəbinə səbəb olub. Bu konfliktə bağlı bir neçə dəfə toplantı çağırılması uğursuz başa çatıb. Üstəlik, Şotiko Qeqinin yaxınlarda Ukraynada deportasiya məntəqəsində olduğunu öyrəndikdə onun "oğru" olmadığı mesajını göndərib və frayerlər Qeqini yenidən döyüblər.

Bu isə Vajanı daha da qəzəbləndirib. Hadisədən daha sonra Kutaisi klanı "sxodka" çağırıb və konflikti sülhə bağlamağa çalışıblar. Vaja isə bununla razılaşmayıb. O deyib ki, "sxodka"nın sonunda ya Şotiko, ya da Qeqi "oğru" adından məhrum edilməli idi. Şotikonun Qeqini tanımamasına gəlincə, Vaja deyib ki, adamını döyəndə o, bir neçə qanuni oğrunun adını çəkib, amma Şotiko buna da fikir verməyib.

İstanbulda keçirilən "sxodka"ya Şotiko dəvət edilsə də, iştirak etməyib. Vaja bu konfliktlə bağlı öz mövqeyini ortaya qoyub və nüfuzlu qanuni oğrular onun dediklərinə inanıblar.

İstanbulda oğru toplantısı keçirilərkən, hazırda İspaniyada məhkəməsini gözləyən "Taro" ləqəbli Tariel Oniani və "Merab Suxumski" kimi tanınan Merab Canqveladzenin rəhbərlik etdiyi Kutaisi klanı isə Trabzonda "oğru toplantısı" keçirib.

Qeyd edək ki, yuxarıda adı çəkilən hər iki şəxs kriminal aləmdə general statusundadırlar, hətta liderliyə can atırlar.

Onlar da Vajaya yaxın iki oğrunun - Sokrat və Sandrikin "tacı"nın tanınması barədə hökm çıxarıblar. "Sxodka"da bildirilib ki, Sandrik İtaliyada döyülməsinin cavabını hələ də verməyib, Sokrat isə "qanuni oğru" adını Şakro Molodoyun qoyduğu yasağa rəğmən alıb.

Baş verənlər isə Türkiyəyə yerləşən bir-birinə düşmən kəsilmiş klanların tezliklə açıq savaşa başlayacaqları deməkdir. Qulinin bu məsələdə tərəfsizliyini qoruyacağı isə o qədər real görünmür.