Qurban Qurbanov Kiprdəki mətbuat konfransını ləğv etdi

Sabah Nikosiyada Bakı vaxtı ilə saat 21:55-də Kiprin APOEL və Azərbaycanın "Qarabağ” komandaları arasında Avropa Liqasının 4-cü turunun qrup raundunun matçına start veriləcək.

Qurban Qurbanov Kiprdəki mətbuat konfransını ləğv etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu gün saat 21:15-də oyunun keçiriləcəyi GSP stadionunda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun ənənəvi oyun öncəsi mətbuat konfransı keçirilməli idi. Lakin Kipr mediasının yazdığına görə, Q.Qurbanov jurnalistlərlə görüşü ləğv edib. Bunun səbəbi Kipr mediasının buna maraq göstərməməsi, həmçinin azərbaycanlı jurnalistlərin Nikosiyaya gəlməməsi olub.