Home İdman Qurban Qurbanov: Mən yalnız öz işimə cavabdehəm

Qurban Qurbanov: Mən yalnız öz işimə cavabdehəm

222
0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Peyk.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla başa çatan oyundan sonra bunları deyib:

– Ağır oyun oldu. Rəqib yaxşı müdafiə olundu. Hər zaman fasilədən sonra çətinliklər olur. Buna baxmayaraq, bir xal qazandıq.

– Kamran Ağayevlə bağlı məsələlərə aydınlıq gətirə bilərsiz?
– Heç vaxt istəmərəm hansısa futbolçunun arxasınca belə söhbətlər səslənsin. Hər futbolçu zədələnə bilər. Ola bilər ki, zədəsi ciddi olmasın. Amma ağrıları ola bilər. Məni onun oynamaması yox, səfərə getməməsi maraqlandırır.

– Bir neçə gün əvvəl 4:0 hesablı məğlubiyyət, bu gün xal itkisi, növbəti oyun isə “Sportinq”lə. Bu vacib oyun necə keçəcək? 
– Millidə oynayan futbolçular buna öyrəşiblər. Bəzən onlar istirahətsiz oyunlara çıxırlar. İnanmıram ki, onların oyun səviyyəsində hansısa dəyişiklik olsun.

– Elxan Məmmədovun bu oyuna gəlməsi sürpriz oldu. Onunla nə danışdınız? 
– Fikir versəniz, o, çempionat oyunlarında iştirak edir. Bu, normal hadisədi.

– Dekabrın 2-də keçiriləcək AÇ-2020-nin püşkatma mərasimində iştirakınız gözlənilir? 
– Bu haqda məlumat veriləcək.

– Tərlan Əhmədov bu gün keçirilən mətbuat konfransında dedi ki, milli təkcə Kamrandan ibarət deyil. Üstəlik, öz dövrlərindəki futbolu indikindən üstün tutdu. Bu fikirlərə münasibətiniz necədi?
– Mən hər zaman çalışmışam ki, öz işimə daha çox fikir verim, daha çox dəyərləndirim. Mən də o vaxt oynamışam, bir yerdə oynamışıq. Nəticələrimiz də olub. Amma gərək o fikirləri özüm oxuyum. Bundan əvvəlki çempionatlara fikir versək, birdən-birə komandaların səviyyəsinin necə aşağı düşdüyünü görərik. Birdən-birə futbolumuza zərbə gəldi. Bir çox şeylər oldu. Buna baxmayaraq, öz işimizi görməyə çalışdıq. Bəzən zarafatlarımız olur bir-birimizlə. Mən heç zaman kiminsə işini tənqid etməmişəm. Çalışmışam ki, mütəxəssislərin, öz məşqçilərimizin yanında olum. İstəmişəm ki, hamımız bir olaq. Mənim vəzifəm xalqa xidmət etməkdi. Hamı uğur da qazanıb, uğursuzluq da yaşayıb. Mən yalnız öz işimə cavabdehəm.

– Hakimliklə bağlı fikirləriniz nədi? 
– Oyun həm hakimlər, həm də oyunçular üçün gərgin keçdi. Vaxt itkilərinə yol verilirdi. Mən də çılğın reaksiya versəm, daha pis nəticələnə bilər. Hakimlikdə bağlı hər zaman neytral olmuşam.

– Millinin oyunlarıyla bağlı ən çox narahat olan azarkeşlərdi. Düşünürlər ki, sizin rahat çalışmağınıza imkan vermirlər. Onlara sözünüz varmı? 
– Onlar nə qədər narahatdısa, mən onlardan bir o qədər razıyam. Çalışıb bir yerdə olmalıyıq ki, bu çətin vəziyyətdən bir yerdə çıxaq. Məğlub ola bilərik, amma bizim azarkeşlərimiz hər zaman bir yerdə olmalıdılar. Bizim iş saatımız az deyil. Ən yaxşısını etməyə çalışırıq. Bunun üçün əlimizdən gələni edirik.

– Üzərinizdə təzyiq hiss edirsizmi? 
– Məşqçilik elə bir peşədi ki, təzyiqlər hər zaman olur və gərək həmin təzyiqlərə düzgün reaksiya verməyi bacarasan. Amma mən çalışıram ki, futbolçulara təzyiq olmasın. Onlar nə mənə olan təzyiqi hiss etsinlər, nə də özlərinə olan təzyiqi. Mənə təzyiqlərin olması problem yaratmaz, amma onlara daha çox təsir edər. Bu cür məğlubiyyətlər hər komandanın başına gələ bilər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here