Quru öskürək koronavirusun əlaməti ola bilər — BUNU NECƏ BİLƏK? - FOTO

"Ölkə.Az" milli.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

Quru öskürək koronavirusun əlaməti ola bilər — BUNU NECƏ BİLƏK? - FOTO

Həkim hansı hallarda öskürəyə görə koronavirus qorxusu ilə yaşamağın əsassız olduğunu açıqlayıb:

"Həmin vətəndaşda quru öskürək bundan əvvəl də olubsa, illərdir varsa və yaxud koronavirus dönəmi ilə bağlı deyilsə və əlbəttə ki, allergik deyilsə, koronavirusdan şübhələnmək olar. Lakin allergiya ehtimalı varsa, allergiya ilə bağlı ola bilər. Digər tərəfdən xüsusilə təzyiq dərmanları var ki, o təzyiq dərmanları özləri quru öskürək yaradır, yan təsir kimi. Yəni, bu halda qorxusu yoxdur, amma narahatedici öskürək var".

Nabil Seyidov quru öskürəyi olan insanları birbaşa "103"ə zəng etməməyə çağırıb:

"Öskürək onlarda yeni bir haldrısa yaxşı olar ki, tibb mütəxəssisi ilə məsləhətləşsinlər. Yəni, mənim zənnimcə bircə quru öskürəyə görə birbaşa "103"ə zəng etməyə ehtiyac yoxdur. Amma poliklinika həkimi ilə məsləhətləşib, sonradan birgə qərar qəbul edə bilərlər ki, koronavirus şübhəsi çoxdur ya aşağıdır".