Quruda ən dərin yer müəyyən edilib

Beynəlxalq alimlər qrupu tərəfindən Yer kürəsinin ən dərin yeri müəyyən edilib.

Quruda ən dərin yer müəyyən edilib
https://peyk.az

Peyk.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, həmin araşdırma "Nature Geoscience" jurnalında dərc olunub.

Bu barədə ABŞ-ın İrvayn şəhərindəki Kaliforniya Universiteti məlumat verib.

Belə ki, quruda ən dərin yer Şərqi Antarktidadakı Denman buzlaqının altındadır.

"Radarlardan alınan informasiya və buzun hərəkəti haqqında məlumatlar vasitəsilə kanyonun dəniz səviyyəsindən aşağı 3,5 min metr dərinliyə qədər uzandığı məlum olub. Bura Yer kürəsinin ən dərin yeridir", - deyə Kaliforniya Universitetindən olan Metyu Morliqem bildirib.

Alimlər hesab edirlər ki, yeni məlumatlar iqlim dəyişikliyinin qitəyə təsirinin nə dərəcədə olduğunu müəyyən etməyə imkan verəcək.