Qvardiola Kloppla zarafatlaşdı

Mançesterdə keçirilən "Futbol Yazarları Dərnəyi 2019" mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb.

Qvardiola Kloppla zarafatlaşdı
https://peyk.az

Peyk.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, tədbirdə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın "Liverpul"un çalışdırıcısı Yürgen Kloppla zarafatlaşması diqqət çəkib.

Hər iki mütəxəssisin mükafatlandırdığı mərasimdə ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olan Qvardiola Çempionlar Liqasını qazanan həmkarına kubokları dəyişdirməyi təklif edib.

"Yürgen Premyer Liqada çempion olmağı istəyərdi, mən də Çempionlar Liqasını qazanmağı. Bəlkə kuboklarımızı dəyişə bilərik" - deyə Qvardiola Kloppla zarafatlaşıb.