Ramanada avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Bu gecə Bakıda növbəti yol qəzası baş verib.

Ramanada avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Bu gecə Bakıda növbəti yol qəzası baş verib.

“Report” xəbər verir ki, Ramana qəsəbəsi, Südçülük sovxozunda avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində 1985-ci il təvəllüdlü Nəcəfov Röyal Rizvan oğlu, 1993-cü il təvəllüdlü Kəngərli Turan Hakim oğlu və 1994-cü il təvəllüdlü Fərəcbəyli Tofiq Fərəc oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Röyal Nəcəfova sağ ayağın əziyi, Turan ;Kəngərliyə üzün sıyrıntısı və ;Tofiq ;Fərəcbəyliyə sol ayağın əzilmiş yarası diaqnozları qoyulub.