Ramin Bayramlı: “20 mütəxəssis ölkəmizin ayırdığı xüsusi təyyarə ilə Azərbaycana gətirilib” - VİDEO

“Xaricdə, xüsusilə Türkiyədə dövlət hesabına təhsil almış 20 mütəxəssis ölkəmizin ayırdığı xüsusi təyyarə ilə Azərbaycana gətirilib”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun...

Ramin Bayramlı: “20 mütəxəssis ölkəmizin ayırdığı xüsusi təyyarə ilə Azərbaycana gətirilib” - VİDEO

“Xaricdə, xüsusilə Türkiyədə dövlət hesabına təhsil almış 20 mütəxəssis ölkəmizin ayırdığı xüsusi təyyarə ilə Azərbaycana gətirilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, həmin həkimlərin işləməsi üçün xüsusi proqram hazırlanıb:

“Onlar yaxın üç ay ərzində ölkədə olacaq, həm xəstələri müayinə edəcək, həm təlimlərdə iştirak edəcək, həm də həkimlərimizlə fikir mübadiləsi aparacaqlar”.

İlhamə Əbülfət