Ramin Bayramlı Azərbaycanda koronavirusdan ölümlərin əsas səbəbindən danışdı

“Koronavirusdan vəfat edənlərin əksəriyyətinin yanaşı gedən xəstəlikləri olub və onların əksəriyyəti gecikmiş halda bizə müraciət edirlər”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib....

Ramin Bayramlı Azərbaycanda koronavirusdan ölümlərin əsas səbəbindən danışdı

“Koronavirusdan vəfat edənlərin əksəriyyətinin yanaşı gedən xəstəlikləri olub və onların əksəriyyəti gecikmiş halda bizə müraciət edirlər”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, vəfat edənlər yoluxanların 1,2 faizini təşkil edir:

“Bəzi yerlərdə evdə özlərini müalicə etməyə cəhd edirlər, adi soyuqdəymə kimi qəbul edirlər. Ağır vəziyyətdə tənəffüs aparatlarına qoşulma göstərir ki, vaxtında həkimə müraciət etmək lazımdır”.

“Xüsusilə ağır yanaşı gedən xəstəlikləri olanlar gecikdiriləndə kömək etmək çətin olur. Qısa müddət ərzində onları itiririk”, - deyə qeyd edib.

İlhamə Əbülfət