Ramin Bayramlı: Daxili uçuşlarla bağlı təlimatlar hazırlanıb

"Daxili uçuşların yaxın günlərdə olması gündəmdədir".

Ramin Bayramlı: Daxili uçuşlarla bağlı təlimatlar hazırlanıb

"Daxili uçuşların yaxın günlərdə olması gündəmdədir".

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bununla bağlı təlimatlar hazırlanıb və təsdiqlənib.

R.Bayramlı qeyd edib ki, yaxın günlərdə ictimaiyyətə açıqlanacaq:

"Gəncə və Naxçıvanda laborator analizlərin aparılması nəzərdə tutulur. Beynəlxalq uçuşlarla bağlı danışıqlar aparılır və iyulun 1-ə qədər yəqin bu, mümkün olmayacaq.