Ramiz Mehdiyevi kim əvəz edəcək?

"Ölkə.Az" xəbər verir ki, komissiyaya yeni rəhbər və üzvlərin təyinatı gözlənilir.

Ramiz Mehdiyevi kim əvəz edəcək?

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Hazırda Komissiyanın sədri, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdir. Hazırda o, AMEA-nın rəhbəridir və rəsmi dövlət postu tutmur.

Bundan başqa üzvlər sırasında olan Zakir Qaralov ötən ay Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsindən azad edilib.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb. Qurum korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.

Ölkə.Az