Ərdoğan 75 gün sonra Ankaraya qayıdıb onunla görüşdü

Koronavirus epidemiyası tədbirləri çərçivəsində 75 gündür İstanbulda işləyən Prezident Rəcəb Tayyib Ərdoğan Ankaraya səfər edib. “Peyk.AZ” “Hürr

Ərdoğan 75 gün sonra Ankaraya qayıdıb onunla görüşdü

Koronavirus epidemiyası tədbirləri çərçivəsində 75 gündür İstanbulda işləyən Prezident Rəcəb Tayyib Ərdoğan Ankaraya səfər edib. “Peyk.AZ” “Hürriyet”ə istinadən xəbər verir ki, uzun müddətdir ki, görüşləri onlayn şəkildə keçirən Ərdoğan təxminən son 3 ay ərzində ilk dəfə Ali Məhkəmənin sədri Mehmet Akarca ilə üz-üzə görüşüb. Görüş Prezident sarayında keçirilib. Qeyd edək ki, Ərdoğan mart ayının ortalarından etibarən bütün proqramlarını yaxın heyəti ilə birlikdə İstanbuldakı “Huber” sarayında davam etdirdi.