Ərdoğandan Azərbaycana daha bir dəstək

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğandan Azərbaycana daha bir dəstək

“Suriyada məzlumların fəryadlarına biganə qalmadıq və Liviyada ölkənin qanuni idarəçiliyinin əməkdaşlıq dəvətini cavabsız qoymadıq. Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərinə də eyni anlayışla dəstək veririk. Hər mübarizə arzu olunduğu nəticəni verməyə bilər, amma mübarizə aparmayan bəri başdan məğlubdur”, - deyə Türkiyə Prezidenti vurğulayıb.